Məşhur aktrisanın əri reanimasiyaya yerləşdirildi – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Nurgül Yeşilçayın keçmiş əri və məşhur aktyor Cem Özerin
vəziyyəti pisləşib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, aktrisa eks-əri və oğlunun atasını çətin gündə tək
qoymayıb. O, sosial şəbəkədə də Cemin sağalması üçün hər kəsdən dua
etməyi istəyib.

“Bəli, Cem reanimasiyadadır. Uşağımın atasının möhkəm olacağına
inanıram! Xahiş edirəm, dualarınızı əskik etməyin” , – deyə aktrisa
instaqramda qeyd edib.

Qeyd edək ki, aparıcı və aktyor Cem Özer 11 gün əvvəl film
çəkilişləri zamanı qəza nəticəsində ayağını sındırmışdı. Müalicə
üçün İstanbula gətirilən Cemin vəziyyəti pisləşib və dərhal
reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, Cem Özer ilk dəfə 1984-cü ildə caz ustası Erol
Pekcanın qızı Sebla Pekcanla, ikinci dəfə 1989-cı ildə Selin
Dilmen, üçüncü dəfə 1994-cü ildə İlham Maraşlıoğlu, dördüncü dəfə
isə 2004-cü ildə Nurgül Yeşilçay ilə evlənib. 2011-ci ildə boşanan
məşhur cütlüyün Osman Nejat adlı bir oğulları var. Keçən ilsə 58
yaşlı aktyor gənc ssenarist Pınar Dura ilə evlənmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp