Krallıq min PEŞMAN OLACAQ: ABŞ Ər-Riyadın cəzasını açıqladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə
Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətli ilə əlaqədar
ABŞ-ın Ər-Riyada qarşı tətbiq edəcəyi sanksiyalar məlum
olub.

Publika.az xəbər verir ki, ABŞ-ın dövlət katibi
Maykl Pompeo səudiyyəli səlahiyyətlilərin vizalarının ləğv
ediləcəyini, viza qadağası və digər sanksiyaların tətbiq
ediləcəyini açıqlayıb.

Pompeo sanksiyaların Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi
Qanunu (“Global Magnitsky Human Rights Accountability Act”)
çərçivəsində qəbul ediləyəcəyini söyləyib. O, ABŞ-ın bununla da
kifayətlənməyəcəyini, yeni məlumatlar çərçivəsində fərqli
sanksiyalar tətbiq oluna biləcəyini vurğulayıb.

“ABŞ Qaşıqçının susdurulması üçün edilən bu tərz qəddar hərəkətə
dözüm göstərməyəcək”, – Dövlət Departamentinin başçısı əlavə
edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyənin Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının
(AKP) qrup toplantısında çıxış edib. Prezident Camal Qaşıqçının
qətli ilə bağlı önəmli detalları açıqlayıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə
Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və
bundan sonra itkin düşüb.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın
İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq
edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə
Ərəbistanının 18 vətəndaşı saxlanılıb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir