Dənizdə batan şəxs xəstəxanaya aparılarkən keçindi

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Dənizdə 26 yaşlı gənc batıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin
saytına istinadən xəbər verir ki, “Zuğulba-3” sularda xilasetmə
məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına
və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü
İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsiylə
üzləşib və məntəqənin xilasediciləri tərəfindən sudan
çıxarılıb.

Q.İsmayılov Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının
həkim briqadasına təhvil verilib və xəstəxanaya aparılarkən yolda
keçinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp