Ləğv prosesində olan bankların əmlakı ilk dəfə hərraca çıxarılır

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası
Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank
Standard” KB, ASC “Texnikabank”, ASC “Zaminbank”, ASC “Royalbank”
və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz
əmlaklarını 63 lot üzrə satışa çıxarır.

Fonddan Publika.az-a verilən məlumata görə, 23
lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə – ikinci
dəfə, 14 lot üzrə – üçünçü dəfə, 10 lot üzrə isə dördüncü dəfə
hərraca çıxarılır.

Hərraclar 11 iyun, 25 iyun və 2 iyul 2018-ci il tarixlərində
keçiriləcək.

Hərrac açıq formada Xammal və Əmtəə Birjasında, Bakı şəh,
İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanında keçiriləcək.
Hərraca cıxarılan əmlakların vəziyyəti ilə
http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80
saytında tanış olmaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir