Türkiyə ordusunun olduğu ölkə işğal ediləcək – Kralın yazdığı məktubun ŞOK TƏFƏRRÜATLARI

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Qətər hakimiyyəti Rusiyadan “S-400” zenit-raket
sistemlərini alarsa, Səudiyyə Ərəbistanı bu ölkəyə qarşı hərbi
əməliyyat keçirməyə hazırdır.

Publika.az Fransanın “Monde” nəşrinə istinadən
xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının kralı Salman bin
Əbdüləziz əs-Səud Fransa prezidenti Emmanuel Makrona göndərdiyi
məktubda deyilir.

Fransız nəşr qeyd edir ki, Səudiyyə kralı Yelisey sarayına
məktubunda Doha-Moskva danışıqları ilə əlaqədar dərin narahatlığını
çatdırıb. Kral bildirib ki, “S-400”lərin Qətərin ərazisində
yerləşdirilməsi Səudiyyə Ərəbistanının hava məkanının
təhlükəsizliyinə təsir edəcək. Qeyd edilir ki, nəticədə eskalasiya
riski yaranır.

Nəşrin məlumatına görə, Səudiyyə kralı Fransa prezidentinə
“S-400”lərin satışının qarşısını almağa və regionda sabitliyi
saxlamağa xahiş edir.

“Krallıq bu müdafiə sisteminin Qətərdə yerləşdirilməməsi üçün
hərbi hərəkətlər də daxil olmaqla, bütün lazımı addımları atmağa
hazırdır”, – qəzet məktubdan sitat gətirib.

Fransanın Xarici İşlər Nazirliyi və Səudiyyə Ərəbistanının
hakimiyyəti nəşrin xəbərini şərh etməyiblər.

Daha əvvəl Qətərin Rusiyadaki səfiri Fahd əl-Attıyya bildirib
ki, ölkəsi Rusiya ilə zenit-raket ssitemlərinin alınması ehtimalını
müzakirə edir. KİV dəqiqləşdirib ki, Qətərin “S-400”sistemlərinin
alınmasına marağı var. Ötən il Rusiyanın müdafiə naziri Sergey
Şoyqunun Dohaya səfər zamanı Rusiya və Qətər arasında hərbi-texniki
əməkdaşlıq haqqında hökumətlərarası razılaşma imzalanıb.

Qətər qonşu ölkələr – Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş
Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərdə davam edən böhranın
fonunda hava hücumundan müdafiə sistemlərinin alınması haqqında
danışıqları aktivləşdirib.

Qeyd edək ki, Türkiyə Fars körfəzində Qətərin müttəfiqi rolunda
çıxış edir. Qətərdə Türkiyənin hərbi bazası yerləşir.

2017-ci ildə isə Rusiya və Səudiyyə Ərəbistanı “S-400”lərin
alınması haqqında razılaşıb. Səudiyyə Ərəbistanının Moskvadakı
səfiri “RİA-Novosti” agentliyinə bildirib ki, zenit-raket
sistemlərinin çatdırılması haqqında danışıqlar müvəffəqiyyətlə
gedir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp