Sağlam və xoşbəxt yaşamağın SİRLƏRİ

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

İnsan oğlunun ən böyük istəyi ən azı 100 il sağlam,
xoşbəxt yaşamaqdır.

Publika.az dünyanın dörd bir yanından olan ən
yaşlı sakinlərinin uzunömürlülük məshələtlərini təqdim edir.

Səhər yeməyinizə kəsmik və yerkökünü daxil edin.

İnsan bir yerdən getməyə qərar verisə, demək orada heç bir işi
qalmayıb. Dünyadan getmək istəmirsinizsə, daim özünüzə bir
məşğuliyyət tapın. İncəsənətə meyl edin. 100 yaşınız olsa belə şeir
yazın, musiqi bəstələyin, amma yaşayın.

Ölmək istəmirsiniz? Ölməyin! Həyatı pozitiv yaşayın. Sağlam
yaşayın. Bunun üçün də mütləq idman edin.

Əsəb sizi sakit yaşamağa qoymur? Mütləq şahmat oynamağı öyrənin.
Bütün stressiniz yox olacaq.

Gün ərzində ən azı 5 ədəd alma yeyin.

Naharda şorbasız keçinməyin.

Sosis və kolbasalardan tam imtina edin.

Yavaş-yavaş özünüzü buz kimi soyuq duşa alışdırın. Əzələləriniz
və dəriniz də gənc qalacaq.

Daim yatağınızın yanında oxu kitabınız olsun. Hər oxuduğunuz
yeni səhifə ömrünüzə bir il qatacaq.

Ətrafınızdakılara olan hiddətinizi ürəyinizdə saxlamayın. Bu acı
çuvalı elə həmin insanın çiyninə atın.

Leyla Sarabi