Sabah leysan olacaq, DOLU DÜŞƏCƏK

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava
şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Gecə
bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı
var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə və səhər
arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz
17-20, Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacağı
gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 765 mm
civə sütununa yüksələcək, nisbi rütubət gecə 59-65, gündüz 80-90
faiz təşkil edəcək

İyunun 2-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi
əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil
edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir
güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19
dərəcə isti təşkil edəcək.

Bölgələrdə isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli
olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi
yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə
5-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

İyunun 2-də Abşeron yarımadasında atmosfer təzyiqinin
qısamüddətə xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi,
rütubətli hava şəraiti və temperaturun enməsi gözlənilir. Belə
təzadlı, dəyişkən hava şəraiti meteohəssas insanlarda narahatlıq
hissi yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir