Putin-Netanyahu razılaşmasında İLK ADDIM – İran geri ÇƏKİLİR

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin
Livanın “Hizbullah” şiə təşkilatının döyüşçüləri İsraillə həmsərhəd
bölgələri tərk etməyi planlaşdırırlar.

Publika.az xəbər verir ki, bu haqda İsrailin
“Jerusalem Post” qəzeti bildirib.

Nəşrin yazdığına görə, xüsusi halda, İrana yaxın qruplaşmalar
Dera və Kuneytra şəhərlərindən çıxmaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl İsrailin “Kanal 10” televiziyasının
yaydığı məlumata görə, İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə
rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər.
Razılaşmaya görə, İran, “Hizbullah” və ya Tehrana bağlı olan hər
hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta
bilməyəcək.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp