ASAN Xidmətdə YENİ TƏYİNAT

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni
təyinat olub.

Dəmirli Orxan Novruz oğlu Dövlət Agentliyinin İnsan resursları
və təlim şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O.Dəmirli əvvəllər Azərbaycan Respublikası Baş Prokurorluğunun
Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm
işlər üzrə müstəntiqi vəzifəsində çalışıb. O, 2012-ci ildə
Prezident İlham Əliyevin sərəncamına əsasən, “Dövlət qulluğunda
fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, bu vəzifəni Elvin Paşayev icra edirdi. O, hazırda
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları departamentinin
rəhbəri vəzifəsində çalışır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp