3 saniyədə enerji yığan smartfon

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
və Yüksək Texnologiyalar Parkının 23 nömrəli orta ümumtəhsil
məktəbində “İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil etdiyi
təlimdə məktəbin şagirdi Riyad Orucov maraqlı ideya təqdim
edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
Publika.aza verilən məlumata görə, yeni smartfon
layihəsinin dünyada bənzəri yoxdur. Belə ki, ideyanın
reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq
cərəyan toplayacaq.

Bununla əlaqədar Yüksək Texnologiyalar Parkı tərəfindən ona
texniki və metodiki dəstək, ideyasının müəllif hüquqlarının
qorunması, ideyanın patentləşdirilməsi, biznes-plana çevrilməsi və
yaxın zamanlarda prototipin beta versiyasının hazırlanmasına dəstək
göstərilir. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb.

Riyad 2004-cü ildə Bakıda anadan olub. Mühəndislik və texnika
ilə maraqlanır. O, 12 yaşında telefon üçün enerji mənbəyini
öyrənməyə çalışarkən mobil qurğu əlində partlayıb və bu hadisə onun
texnikaya marağının daha da artmasına səbəb olub. Boş vaxtlarında
layihələr hazırlamağa başlayan Riyad ideyalarını inkişaf etdirərək
gələcəkdə öz biznesini qurmaq istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir