Türkiyə və ABŞ razılaşdı – 3 mərhələli PLAN

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Türkiyə və ABŞ-ın iyunun 4-dən sonra həyata keçirməsi
planlaşdırılan Münbiç planı Fərat çayının qərb sahilində yerləşən
terrorçuların bir ay içində bölgədən çıxarılmasını nəzərdə
tutulur.

Publika.az xəbər verir ki, bu haqda danışıqlara
qatılan mənbələrə istinadən “Anadolu” agentliyi bildirib.

Məlumata görə, ABŞ və Türkiyə YPG/PKK terror təşkilatının Fərat
çayının qərbində işğal etdiyi Münbiçdən çəkilməsi barədə texniki
razılıq əldə edib. Razılaşma Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlunun amerikalı həmkarı Maykl Pompeo ilə iyunun 4-də
Vaşinqtonda keçirəcəyi görüşdə elan ediləcək.

Vaşinqton görüşündə detallarda bəzi dəyişikliklərin ola
biləcəyini xatırladan mənbələr texniki müzakirələrdə
razılaşdırılmış əsas xətlərin qorunub saxlanılacağını
bildiriblər.

İyunun 4-də razılaşma ilə əlaqədar son imzalar atılarsa, 30 gün
ərzində YPG/PKK ünsürləri Münbiçi tərk edəcəklər. “Anadolu”nun türk
kəşfiyyat mənbələrindən aldığı məlumatlara görə, təşkilatın
liderləri artıq Münbiçdən çıxmağa başlayıblar.

İkinci mərhələdə iyunun 4-dən sonrakı 45 gün ərzində Türkiyə və
ABŞ-ın hərbi və kəşfiyyat əməkdaşlarının mahalda ortaq yoxlamalar
aparması nəzərdə tutulur.

Üçüncü mərhələdə – iyunun 4-dən sonrakı 60 gün ərzində Münbiçdə
yerli idarəçilik yaradılacaq.

Qeyd edək ki, Münbiç mahalı YPG/PKK tərəfindən 2016-çı ilin
avqustunda ABŞ-ın dəstəyi ilə İŞİD terror təşkilatından
təmizlənmişdi. Vaşinqton YPG/PKK-nin Münbicdən çıxacağı mövzusunda
Türkiyəyə zəmanət versə də, bunu indiyə kimi yerinə yetirməyib.

Munbiç əhalisinin 90 faizindən çoxu ərəblərdən ibarətdir.

ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə iyunun 4-də nəzərdə
tutulan görüşü şərh edən Türkiyənin Xarici İşlər Nazirliyinin
başçısı Mövlud Çavuşoğlu daha əvvəl bildirib ki, görüşdə Münbiçlə
bağlı bir proqramın hazırlanması ehtimalı var.

“Məqsəd konkret addımların nəzərdə tutulduğu “yol xəritəsi”
müəyyən etməkdir. Biz heç vaxt “Münbiçdə Amerika əsgəri olmasın”
demədik. “YPG çıxsın” dedik”, – o bildirib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp