Əbu-Dabidə FANTASTİK ADA yaradıldı – FOTOLAR

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

BƏƏ-nin paytaxtı Əbu-Dabidə yaradılan Xudayrat adası ilk
infrastruktur obyektlərini qonaqları üçün açıb.

AZƏRTAC xəbər verir ki, idman-əyləncə tədbirləri üçün nəzərdə
tutulan bu ada yaxın gələcəkdə regionda idman tədbirlərinin
mərkəzinə çevrilməyi vəd edir.

BƏƏ Şəhər Planlaşdırma və Bələdiyyə Departamenti (DPM)
Əbu-Dabinin Xudayrat adasında yeni çimərlik zonasının açıldığını
elan edib. Otuz kvadratkilometr ərazidə dörd futbol meydanı, dörd
voleybol, dörd basketbol meydançası, dörd tennis kortu, çimərlik
futbolu üçün iki meydan, 5 və 10 kilometr uzunluğunda qaçış və
velosiped cığırları, habelə açıq səma altında bağ yerləşir. Yaxın
gələcəkdə burada gəzinti zonası, çoxsaylı kafe və restoranlar, uşaq
meydançaları, su idmanı mərkəzləri və bir çox digər məkanlar
yaradılacaq. Bu da uzun müddət adada rahat istirahət etməyə imkan
verəcək.

DRM-in sədri Falah əl-Əhbabi deyib: “Xudayrat adasında
idman-əyləncə obyektlərinin açılması müasir və inkişaf etmiş
infrastruktura malik meqapolisin yaradılması xəyalı ilə yaşayan
BƏƏ-nin birinci prezidenti Şeyx Zayedin quruculuq planının bir
hissəsidir. Xudayrat adası ərazisində idman-əyləncə obyektlərinin
yaradılması Əbu-Dabiyə daha çox turist cəlb edəcək, beynəlxalq
səviyyəli idman tədbirlərinin təşkili üçün nəhayətsiz imkanlar
açacaq”.

Xudayrat adasına “Al Bateen” çimərliyinin yaxınlığındakı asma
körpü ilə getmək olar. Uzun müddət gediş üçün bağlı olan bu körpü
hazırda idman və fəal istirahət dünyasına aparan birbaşa yoldur.
Qonaqlar idman meydançalarından tamamilə pulsuz istifadə edə
bilərlər. Yalnız velosiped icarəsi istisna təşkil edir.

Bildirilir ki, adanın infrastrukturu iyirmi il ərzində
təkmişləşdiriləcək, hər il yerli sakinlərə və paytaxtın qonaqlarına
yeni-yeni iddialı layihələr təklif ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir