“Qəbələ”nin baş məşqçisi istefa verdi

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

“Qəbələ” futbol klubu baş məşqçisi Roman Qriqorçukla
yollarını ayırdığını rəsmən açıqlayıb.

Publika.az xəbər verir ki, bu qərar Azərbaycan
kubokunun final matçının ardından rəhbərliklə ukraynalı mütəxəssis
arasındakı görüş zamanı qəbul olunub.

Həmin görüşdə müqavilənin uzadılmaması qərara alınıb. “Qəbələ”
İdman Klubu Qriqorçuka 2015-2018-ci illərdə komandadakı uğurlu
fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və
karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi
olan Roman Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb.
“Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/2017,
2017/2018), 2 dəfə bürünc (2014/2015, 2015/2016) mükafat qazanan
ukraynalı mütəxəssis 2 dəfə Azərbaycan Kubokunun finalına
(2016/2017, 2017/2018) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi
altında 3 dəfə Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/2016 və
2016/2017 mövsümlərində turnirin qrup mərhələsinə qədər
yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir