Ozobiç “Qarabağ”da!

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Ölkə kubokunun finalında “Keşlə”yə məğlub olan
“Qəbələ”nin lider futbolçuları da komandanı tərk edib.

“Rekord.az”ın əldə etdiyi məlumata görə, şimallıların
xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç gələn mövsümdən hazırkı
klubunun formasını geyinməyəcək. O, artıq başqa klubla razılığa
gəlib.

Bu klub isə “Qarabağ”dı. Azərbaycana gəlmiş az sayda səviyyəli
legionerlərdən olan Ozobiç Ağdam təmsilçisi ilə təxminən 3 həftə
əvvəl razılığa gəlib. Prinsipial anlaşmaya əsasən, tərəflər
arasında 2+1 il şərti ilə müqavilə imzalanacaq.

“Qarabağ” bu yarımmüdafiəçiyə bugünlərdə komandanı tərk edən
Riçard Almeydaya əvəz gözü ilə baxır. Transferin rəsmiləşməsi üçün
maneə qalmayıb və yaxın günlərdə bu barədə açıqlama verilməsi
gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp