Dövlət Gömrük Komitəsinin idarə rəisləri vəzifədən azad olundu

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri
olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata
görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı
Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə
Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev
sərəncama götürülüblər.

Məlumata görə, V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin
Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin
yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin
edilib.

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi
vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir