“Avropanın enerji xəritəsini yenidən tərtib edirik”

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

“Əgər 1920-ci ildə Xalq Cümhuriyyəti süquta uğramasaydı,
bu gün biz ən zəngin ölkələrdən biri olardıq”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz
Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, sonrakı dövrdə Azərbaycan müstəqil
olmadığı üçün xalq sərvətlərimizdən bəhrələnə bilməyib: “Sənaye
üsulu ilə ilk dəfə neft Azərbaycanda istehsal edilib. Bununla bağlı
şəhərimizdə abidə də ucaldılıb. 19-cu əsrin sonları, 20-ci əsrin
əvvəlində Azərbaycan dünyada neftin yarıdan çoxunu hasil edirdi.
Ancaq o zaman xalq səfalət içərisində yaşayırdı, sənaye
inkişafından söhbət getmirdi. Sadəcə, Azərbaycan resurs mənbəyi
idi. Azərbaycandan çıxan neft xalqımızın inkişafına xidmət etmirdi.
Neftdən əldə olunan gəlir xalqa yönəldilmirdi. Eyni zamanda Abşeron
yarımadası ekoloji fəlakətlə üzləşmişdi. Biz bu gün bunu aradan
qaldırırıq. Ancaq müstəqillik dövründə xalq öz resurslarından
istifadə edə bilər. Biz bu gün belə böyük layihələri
tərəfdaşlarımızla icra edir, Avropanın enerji xəritəsini yenidən
tərtib edirik”. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp