Yağış, dolu, leysan, külək… – Sabah QIŞ HAVASI OLACAQ

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Ölkə ərazisində sabaha olan hava proqnozu
açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə
yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək,
gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-23° isti təşkil
edəcək.

Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəh, Zuğulbada arabir güclənən şimal-qərb küləyi
əsəcək. Dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək.

Cənub çimərliklərində isə-Türkan, Hövsan, Sahil, Şıxda mülayim
şimal-qərb istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu
18-19° isti olacaq.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə
leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, şimşək
çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti təşkil
edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının
bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə
arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti təşkil
edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan
xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti təşkil
edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının
bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə
arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti,
dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz
olacaq. Lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan
xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı
yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti təşkil
edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava
əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək
çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək,
gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti,
dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti təşkil edəcək.

Sinoptiklərin xəbərdarlığına görə, mayın 29-dan 30-u gündüzədək
bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu
düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir
güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir