Karateçimiz Sofiyadan medalla dönür

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Bolqarıstanın paytaxtı Sofiyada Dünya Karate
Federasiyasının (WKF) gənclər arasında ilk liqa turnirində iştirak
edən milli komandamızın üzvlərindən Polina Hurenko (-59 kq) nüfuzlu
yarışın gümüş medalına sahib olub.

Publika.az-a Azərbaycan Milli Karate
Federasiyasından verilən məlumata görə, finaladək beş görüşdə xal
buraxmayan ukraynalı legioner, Asiya çempionu, yaponiyalı Rufi
Fujita ilə həlledici görüşdə qələbəyə yaxın olsa da, qarşılaşmanın
sonuna yaxın zədələnərək döyüşü dayandırmalı olub. Gümüş medalla
yanaşı, ikiqat avropa çempionu P.Hurenko oktyabrda Argentinada
Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xallarını
artırmağa müvəffəq olub.

Yarışa yollanan digər 9 idmançımız mükafatsız qalıb. Sofiyada
gənclər liqasında rekord sayda, 72 ölkədən 1878 karateçi mübarizə
aparıb.

İdmançılarımız turnirdə Gənclər və İdman nazirliyinin dəstəyi
ilə iştirak edib.

Payızda Yeniyetrmələrin yay Olimpiadasına lisenziya xalları
qazandıran növbəti mötəbər yarış iyunun axırı Xorvatiyada
keçiriləcək. İdmançılarımız səfərdən qayıtdıqdan sonra növbəti
lisenziya turnirinə hazırlıqları davam etdirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp