Gürcüstan, İran və Rusiya ilə dövlət sərhədlərində yürüşlər keçirildi

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Gürcüstan, İran İslam Respublikası və Rusiya
Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd
sularında Dahi Öndər Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq
Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş süvari və gəmi
yürüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata
görə, ən nümunəvi hərbi qulluqçuların iştirak etdiyi sərhədçi
yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında
isə Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmiləri cəlb olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli
üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan
Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək
şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqları­mızı
işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət
bayrağı­mızı yüksəltməyə hər an hazır olmalarını bildiriblər.

Dövlət sərhədində dövlət bayrağımızın ucaldılmasının əbədiliyini
tərənnüm edən bu yürüşlər Azərbaycan sərhədçilərinin
vətənpərvər­liyinin və Heydər Əliyev dövlətçiliyinə sadiqliyinin
ifadəsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp