Anar Ağakişiyev Xalq artistini inanılmaz dərəcədə dəyişdi

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Tanınmış stilist Anar Ağakişiyev Xalq artisti Ofeliya
Sənanini makiyajla inanılmaz dərəcədə dəyişdirib.

Publika.az xəbər verir ki, makiyaj ustası
əfsanəvi aparıcının əvvəl və sonrakı görüntülərini instaqram
hesabında paylaşıb. A.Ağakişiyev bildirib ki, “Canlı
əfsanələr/əvvəl/sonra” layihəsini Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinə həsr edərək bitirməyə qərar verib:

“Sonuncu əfsanəm Azərbaycanın Xalq Artisti, əvəzolunmaz
televiziya aparıcımız, çox dəyərli aktrisamız Ofeliya Sənani oldu.
Sizi ürəkdən ad gününüz münasibəti ilə də təbrik edirəm”

Artıq xarici ölkələrdə də kifayət qədər populyar olan
azərbaycanlı stilist bu yaxınlarda ölkəni tərk etməyə
hazırlaşdığına dair ipucu verib:

“Və sonda… Korifey Sənətkarımız, Dünya şöhrərli əfsanəmiz,
Azərbaycan musiqisinin zirvəsi Zeynəb Xanlarovanın mahnısında
deyildiyi kimi: “Hayana getsəm də ürəyimdəsən, Azərbaycanım!”

Xatırladaq ki, A.Ağakişiyev saytımıza verdiyi açıqlamada xarici
ölkələrdən çoxlu iş təklifləri aldığını və başqa ölkədə yaşamağı,
həmçinin şəxsi kosmetika brendini çıxarmağı planlaşdırdığını
vurğulamışdı:

“Ölkələrin adlarını sirr saxlamaq istəyirəm, yaxınlarda mətbuat
konfransı keçirib bu barədə ətraflı məlumat verəcəm. Başqa ölkəyə
daimi köçmək barədə düşünürəm. Ölkənin adını gələn təklifi qəbul
edəndən və müqaviləyə imza atdıqdan sonra açıqlayacağam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir