Sabah Tehranda Xəzəryanı dövlətlərin sammiti başlayır

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Sabah Tehranda Xəzəryanı dövlətlərin – Azərbaycan,
Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətlərinin
iştirakı ilə Xəzərdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi
sahəsində əməkdaşlıqla bağlı sammiti keçiriləcək.

Publika.az xəbər verir ki, sammit iki gün davam
edəcək.

İranın Liman və Yükdaşıma Təşkilatının rəhbəri Əli Əkbər Marzban
bildirib ki, təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün dənizdə
axtarış və xilasetmə mexanizminin effektivliyinin artırılması,
gəmilərə nəzarət üçün hüquqi imkanlardan istifadə edilməsi sammitin
gündəliyinə daxil ediləcək: “Dənizdə qəzalar və regional
əməkdaşlığın həyata keçirilməsi məsələlərinə son iki ildə
çoxtərəfli razılaşma formatında baxılıb. Tehranda növbəti görüşün
keçirilməsi və Xəzəryanı dövlətlərin qarşılıqlı anlaşma ilə bağlı
Memorandumunun imzalanması planlaşdırılır”.

Qeyd edək ki, Xəzərdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə
bağlı bundan öncəki sammit Aşqabadda keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir