“Qarabağ” Çempionlar Liqasının hazırlığına belə başlayacaq

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

2017/2018 mövsümündə Premyer Liqanın qalibi olan
“Qarabağ”ın yay təlim-məşq toplanışının proqramı
müəyyənləşib.

Publika.az xəbər verir ki, Ağdam klubu 13
iyunda Bakıda toplaşacaq. 1 həftədən sonra isə Avstriyaya
yollanacaq.

Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq
“Qarabağ”ın növbəti toplanış tarixi Çempionlar Liqasının püşkünün
nəticəsindən sonra bəlli olacaq.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk
oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş
səfərdə olacağı təqdirdə, komanda Avstriyadan birbaşa qarşılaşacağı
rəqibin ölkəsinə üz tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp