Yasamalda 2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Yasamal Rayon İcra Hakimiyyəti ictimai islas çağırıb.
İcra Hakimiyyəti bununla bağlı rayon sakinlərinə müraciət
edib.

Publika.aza daxil olan müraciətdə bildirilir
ki, Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarı ilə
Bakı şəhərinin Yasamal rayonu ərazilərdə Nabat Aşurbəyova, Süleyman
Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı
ərazilərdə 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy
Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı
ərazilərdə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış
obyektlərini Bakı şəhərinin baş planına uyğun olaraq dövlət
əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət
ehtiyacları üçün alan orqan Bakının Yasamal Rayon İcra Hakimiyyəti
müəyyən edilib.

Torpaqların dövlət ehtiyacları üçün alınmasını tələb edəcək
layihə və alınmanın təsirinə məruz qalan daşınmaz əmlak haqqında
məlumat verilməsi ilə bağlı 2018-ci il mayın 25-də Yasamal rayonu,
İnşaatçılar prospekti, 28B nömrəli ünvanda ictimai iclas
keçiriləcək.

Eyni zamanda, sakinlər onları maraqlandıran əlavə suallarla
bağlı 2018-ci il mayın 25-dən etibarən həftənin II və V günləri
saat 10:00-dan 18:00-dək həmin ünvana müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp