Connect with us

Xəbərlər

Cümhuriyyətə aparan yollardan bəhs edən kitab – “İstiqlal düşüncələri” təqdim olundu

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Şərq” qəzetinin
baş redaktoru Akif Aşırlının “İstiqlal düşüncələri” kitabının
təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə Mətbuat
Şurasının rəhbəri Əflatun Amaşov, millət vəkili Elman Nəsirli,
“Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camal, “Kaspi”
qəzetinin təsisçisi Sona Vəliyeva, “525-ci qəzet”in baş redaktoru
Rəşad Məcid və bir çox qələm əhli, tanınmış jurnalistlər iştirak
edib.

Mərasimi Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov açıb.

O, Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində
arzulanan hadisələrin təməlini qoyduğunu deyib:

“İnsanlar övlad dünyaya gətirir, övladlar xalqa çevrilir,
xalqlar isə dövlət yaradır. Azərbaycan Cümuriyyətinin yaranması
tariximizdə yeni mərhələ idi. “İstiqlal düşəncələri” kitabı
Cümhuriyyətin yüz illiyinə həsr edilib. Kitab “Veysəloğlu”
şirkətlər qrupunun maliyyə dəstəyi ilə ərsəyə gəlib. Buna görə
“Veysəloğlu” şirkətlər qrupuna təşəkkür edirəm. Onlar bir müddət
öncə milli qəhramanlara aid filmlərin nümayişini də təşkil
etmişdilər. Onların bu missiyasını da alqışlayıram.

Adından da göründüyü kimi kitabda Cümhuriyyətə aparan yollardan,
Cümhuriyyətin yaranmasında iştirak edən şəxsiyyətlərdən bəhs
edilir”.

Əflatun Amaşov onu da qeyd edib ki, kitabda Cümhuriyyətə aparan
yollara jurnalist baxışı ilə yanaşı, müstəqilliyimiz üçün Heydər
Əliyevin apardığı islahatlar da qeyd olunub.

Əflatun Amaşov Rüstəm İbrahimbəyovun məlum filmi haqda da
danışıb. O, öz xalqı haqqında aşağılayıcı fikirlərdə olanları
pisləyib.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Çin gömrüyü 30 min dünya xəritəsini məhv etdi

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çin gömrük xidmətinin əməkdaşları Tayvanın ayrıca dövlət kimi göstərildiyi və rəsmi Pekinin mövqeyinə əsasən Çin-Hindistan sərhədi ilə bağlı yanlışlığa görə təxminən 30 min xəritəni məhv edib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, “Global Times” qəzetinin yazdığına görə, yerli şirkətlərdən birinin istehsalı olan xəritələr Çindao şəhərindəki limandan xaricə göndərilməliymiş. Lakin gömrük xidmətinin əməkdaşları xəritələrə baxış keçirərkən qeyd olunan məqamları aşkarlayıblar. Müvafiq orqanların qərarı ilə xəritələr məhv edilib.


Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Çin-Hindistan sərhədi ilə bağlı məsələyə gəlincə qeyd etmək lazımdır ki, rəsmi Pekin Hindistanın nəzarətində olan Arunaçal Pradeş ştatının böyük hissəsinin Cənubi Tibet olduğunu irəli sürərək oranı öz ərazisi hesab edir. Tərəflər arasında bununla bağlı 1962-ci ildə sərhəd müharibəsi də olub.

Continue Reading

Xəbərlər

Bütün uğursuzluqlarımızın tək səbəbi bu imiş…

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yəqin hər kəsin həyatında illər boyu gerçəkləşməsini gözlədiyi planları bir göz qırpımında məhvə sürüklənib. Yaxud zəhmətlə düşünüb beynimizdə bünövrəsini qurduğumuz biznes layihə bir anda şüşə kimi darmadağın olub. Bəs əslində nə baş verir? Bunun bir izahı var. Beynimizdəki kimya… Bəlkə də düşünürsünüz ki, səbəb bəd nəzər, ağır nəfsdir. Əsla!

Publika.az xəbər verir ki, bu durumda səbəbi özümüzdə axtarmalıyıq. Almaq istədiyiniz əşyalar, gələcək planlar barədə dostlarınıza heç bir şey deməyin. Astanasında olduğunuz uğurlar haqda qürurla danışmayın. Gələcək fəaliyyətiniz barədə partizan kimi düşünün. Öncədən özünüzə bəslədiyiniz rəğbətin sonu uğursuzluqdur. Bəli, ən qaynar ideyaları bölüşmək arzusu xüsusi həzzdir, dostlarımızın fikirlərini öyrənmək maraqlıdır, bəzən hətta sadəcə özündən razılıqdır. Amma unutmayın, bölüşdükcə ehtiras da azalır, artıq zehniniz, duyğularınız tam mübarizə ruhunu itirir. Bu, sizdən xəbərsiz şüuraltı şəkildə baş verir. Sonra da işimizə tam güc sərf etmirik, planlarımız məhv olur. Ətrafdakıları günahkar qismində görürük.

Alimlərin araşdırmasından bəlli olub ki, şüur fiziki fəaliyyətlə təsəvvürü bir-birindən ayıra bilmir. İnsan bir hərəkəti gerçəkləşdirmək istəyəndə şüur sanki yerinə yetirirmiş kimi fəallaşır. Yəni bir şeyi düşünən və gerçəkləşdirən zaman beynimizin eyni bölgələri fəaliyyətə keçir. Məsələn, nə vaxtsa dinlədiyiniz mahnını xatırlayıb beyninizdə səsləndirəndə də bu prosses baş verir. Beyin sanki dinləyirsiniz kimi reaksiya verir. Buradan bir nəticəyə gələ bilərik. Beyin artıq baş tutmuş fəaliyyətlə yarımçıq işin fərqini duymur.


Yəni bizə yeni ideya gələndə, şüur onu natamam qəbul edir, insan həmin arzuya çatmaq istəyir. Tutaq ki, fotoaparatınız yoxdur. Almaq istəyirsiniz. Beyin bu faktı olduğu kimi qəbul edir. Amma siz gələnaykı maaşınıza fotoaparat almaq istəyinizi kiməsə desəniz, beyin mağazaya yaxınlaşıb sizə lazım olan modeli aldığınızı qəbul edir. Şüurunuz artıq əldə olunmuş əşyanı fiziki olaraq da qazanmaq üçün sizi motivə etməyi gərəksiz sayır. Yəqin ki, sirri anladınız. Sirlərinizi də yalnız beyninizlə bölüşün ki, gerçəkləşsin.

Leyla Sarabi

Continue Reading

Xəbərlər

Azərbaycanın Müdafiə naziri BMT Baş Katibinin müavini ilə görüşdü

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş Katibinin müavini – BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri cənab Jan Pyer Lakrua ilə görüşüb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, J.P.Lakrua Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, xüsusilə Əfqanıstanda həyata keçirilən missiyada fəaliyyətlərini və beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq Cənubi Sudan Respublikasında Azərbaycan hərbçilərinin iştirakını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov BMT-nin Sülhməramlı Əməliyyatlarına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymamasını BMT Baş Katibi müavininin diqqətinə çatdırıb.

Müdafiə naziri bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz torpaqlarını istənilən vasitə ilə azad etmək hüququnu özündə saxlayır.

Görüşdə tərəflər ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri barədə də geniş fikir mübadiləsi aparıblar.


Continue Reading

ən çox oxunanlar