Prezident Qaradağda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı
dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin
ərazisində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, burada 1026 ailəlik 108 birotaqlı, 396
ikiotaqlı, 360 üçotaqlı, 162 dördotaqlı olmaqla 11 ikibloklu
doqquzmərtəbəli yaşayış binası inşa olunub.

Dövlətimizin başçısı və xanımı mənzillərə baxdılar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
kompleksin ərazisində inşa edilmiş 344 nömrəli körpələr evi-uşaq
bağçasında yaradılan şəraitlə tanış oldular.

Bildirildi ki, 220 yerlik ikimərtəbəli uşaq bağçası bütün lazımi
avadanlıqla tam təchiz edilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 32 nömrəli
köçkün tam orta məktəbində yaradılan şəraitlə də tanış oldular.

Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı məcburi
köçkünlərlə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.(prezidentaz)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp