Connect with us

Xəbərlər

Bakıda 2-ci Beynəlxalq İncəsənət Olimpiadası keçirildi

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Azərbaycan Gənlər İttifaqı Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında 2-ci Beynəlxalq İncəsənət Olimpiadası
keçirib.

Trend-in məlumatına görə, incəsənət olimpiadasının keçirdilməsində
məqsəd istedadlı uşaq və gənclərlə tanışlıq, həmçinin digər
ölkələrlə xarici əlaqələri yaxşılaşdırmaq, uşaqların və rəhbərlərin
xarici iştirakçılar və müəllimlərlə tanışlıq olub. Yerli
kolektivlər və fərdi iştirakçılarla yanaşı, Gürcüstandan gələn
vokal və instrumental ansambllar incəsənət olimpiadasında iştirak
ediblər.

İncəsənət olimpiadasında üç janrda çıxışlara baxılıb. 1 – Folklor 2
– Klassik, 3 – Müasir Estrada. İncəsənətin bir neçə sahələri üzrə
musiqi, vokal, teatr, bədii ifadə. İştirakçılar yaş
kateqoriyalarına görə kiçik uşaqlar ( 7 yaşa qədər), uşaqlar ( 10
yaşa qədər), yuniorlar ( 16 yaşa qədər ), böyüklər qruplarına
bölünüblər. Hər yaş kateqoriyasında solo, duet, kiçik qruplar və
ansambların çıxışları olub.

Qaydalara görə çıxış zamanı iştrakçıların adları və hansı məktəbdən
və ya qrupdan olduqları açıqlanmırdı ( hətta müəllimlərin adları
çəkilmirdi ). Seçim əvəlcədən paylanmış nömrələr arasında
keçirilirdi.

Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyib:
“Piano və akademik vokal nominasiyalarında iştirakçıların
saylarının artımı müşayət olundu. Ancaq nəfəsli alətlərdə və muğam
janrında iştirakçıların sayı əvəlki yarışmaya nisbətən az idi. Bu
sənətçilərin beynəlxalq yarışlarda iştirakını artırmaq üçün
çalışacağıq. Növbəti dəfə bu janrı daha ciddi şəkildə təqdim
edəcəyimizə ümid edirəm”.

Peşəkar münsiflər heyəti kimi incəsənət xadimləri çıxış
ediblər.

Fortepiano və klasik alətlər bölməsində:
1. A.M.K tərkibində İncəsənət Gimnaziyasının müdiri Aytən
Əhmədova.
2. Əməkdar incəsənət xadimi – Rimma Məmmədova.
3. İncəsənət xadimi və müəllim– Gülnarə Kərimova.

Akademik və Estrada vokal bölməsində.
1. Dmitri Babayev
2. Evqeniya Məmmədova
3. Rauf Musayev.

Xalq çalğı alətləri və Muğam janrında:
1. Azərbaycan Milli Konservatoriyasının müəllimi – Əflaruz
Mamedov
2. Milli Konservatoriyanın Dosenti – Məhərrəmov Məhərrəm
3. Milli Konservatoriyanın müəllimi – Vüqar Musalı.

Rəqslərdə.
1. Tahir Eynullayev
2. Bəhram Mirzəyev
3. Svetlana Bədirxanova
4. Nodar Xandolişvilli
5. Esteban İsnardi

Yarışların cavablarını sizlərə təqdim edirik:
Fortepiano:
Solo – Child – 1 place – A.M.K tərkibində İncəsənət Gimnaziyası
(Hüseynli Atilla)
Solo – Child – 2 place – №22 Niyazi adına Uşaq Musiqi Məktəbi (
Zəhra Aslanlı )
Solo – Child – 3 place – Bül-Bül adına orta ixtisas Məktəbi ( Yusif
Axundzadə )
Duet – Child – 1 place – 17 nömrəli Uşaq Musiqi Məktəbi ( Məmmədova
Fatimə, Məlikova Aytac )
Duet – Child – 2 place – №22 Niyazi adına Uşaq Musiqi Məktəbi (
Zəhra Aslanlı, Sevil Kəngərli )
Duet – Child – 3 place – №34 saylı UMM ( İsmayılzadə Tunar,
Baratzadə Aygün )
Solo – Juniors – 1 place – №34 saylı UMM ( Əliyev Murad )
Solo – Juniors – 2 place – 17 nömrəli Uşaq Musiqi Məktəbi ( Əliyev
Elvin )
Solo – Juniors – 2 place – A.M.K tərkibində İncəsənət Gimnaziyası (
Nəcəfova Nigar )
Duet – Juniors – 1 place – № 3 Səid Rüstəmov adına incəsənət
məktəbi ( Abdullazadə Gülgün, Əliyeva Solmaz )
Duet – Juniors – 2 place – № 3 Səid Rüstəmov adına incəsənət
məktəbi ( Cəfərova Məriyəm, Məmmədova Nuray )
Duet – Juniors – 3 place – Cabbar Qaryağdıoğlu adına № 9 uşaq
musiqi məktəbi ( Nəsirova Nigar, Yusifzadə Fidan )
Solo – Adults – 1 place – № 35 Gorgi Şaroyev adına musiqi məktəbi (
Əhmədova Rəhimə)
Duet – Adults – 1 place – Nəcəfli Firuzə, Hüseynzadə Nigar

Skripka:
Small Group – Juniors – 1 place – № 3 Səid Rüstəmov adına incəsənət
məktəbi

Bədii Qiraət :
Solo – Adults – 1 place – Hüseynova Nisə
Solo – Adults – 2 place – Xəlilov Süleyman.

Akademik Vokal:
Solo – Child – 1 place – № 35 Gorgi Şaroyev adına musiqi məktəbi (
Bəşirli Cəlal )
Solo – Child – 2 place – № 2 Rəşid Behbudov adına musiqi məktəbi (
Gürbətli Leyla )
Solo – Adults – 1 place – № 26 Müslüm Maqomayev adına musiqi
məktəbi ( Quluzadə Zeynəb )
Solo – Adults – 2 place – № 26 Müslüm Maqomayev adına musiqi
məktəbi ( Həmzəyeva Səma )
Solo – Adults – 3 place – Xasıyeva Nailə

Estrda Vokal:
Solo – Child – 1 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
(Əliyev Fikrət )
Solo – Child – 2 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
( Xalidə Əsəd )
Solo – Child – 3 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
( Məmmədova Selin )
Solo – Child – 3 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
( Hüseynova Selin )
Duet – Child – 1 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
( Məmmədova Selin, Xəyal Əhmədov )
Solo – Yunior – 1 place – № 26 Müslüm Maqomayev adına musiqi
məktəbi ( Ağabeyli Mehriban )
Solo – Yunior – 2 place – № 35 Gorgi Şaroyev adına musiqi məktəbi
(Nəcəfova Leyli )
Solo – Yunior – 3 place – № 35 Gorgi Şaroyev adına musiqi məktəbi
(Cümşüdlü Aida )

Xor:
Formation – Yunior – 1 place – Shvidkara

Xalq Çalgı Aləti Nağara:
Duet – Juniors – 1 place – A.M.K tərkibində İncəsənət
Gimnaziyası

Xalq Çalgı Aləti Saz :
Solo – Adults – 1 place – №11 Musiqi Məktəbi ( Məlikov Ayxan )

Xalq Çalgı Aləti Qanun :
Solo – Child – Laureat – A.M.K tərkibində İncəsənət Gimnaziyası
(Məmmədli Mədinə )
Solo – Juniors – Laureat – 17 nömrəli Uşaq Musiqi Məktəbi (
Tahirova Fatimə )
Ansambl – Juniors – Laureat – 17 nömrəli Uşaq Musiqi Məktəbi
Solo – Adults – 1 place – Asəfzeynallı adına Musiqi Kolleci (
Rəhimova Solmaz )

Xalq Çalğı Aləti Qarmon:
Solo – Child – 1 place – A.M.K tərkibində İncəsənət Gimnaziyası (
Abdullayev Tofiq )
Solo – Juniors – laureat – №5 Uşaq Musiqi Məktəbi (Məmmədov Cavidan
)
Duet – Juniors – 1 place – 17 nömrəli Uşaq Musiqi Məktəbi (Ağazadə
Riad, Şərifzadə Məhəmməd )
Duet – Juniors – 2 place – 17 nömrəli Uşaq Musiqi Məktəbi (Ağazadə
Riad, Şərifzadə Məhəmməd )
Solo – Adults – 1 place – №138 Gözdən Əlillər Musiqi Məktəbi (
Abışov Məhəmməd )

Xalq Çalgı Aləti Kamança:
Solo – Child – 1 place – A.M.K tərkibində İncəsənət Gimnaziyası (
Sadıxova Xədicə )
Solo – Child – 2 place -A .M.K tərkibində İncəsənət Gimnaziyası
(Əliyeva Zəhra )
Solo – Juniors – 1 place – №38 Musiqi Məktəbi (Nifdəlizadə Ağaməli
)
Solo – Juniors – 2 place – R.Hacıyev adına №15 Musiqi Məktəbi (
Hüseynov Orxan )
Solo – Juniors – 3 place – №34 saylı UMM ( Rüstəmov Rüstəm )
Solo – Adults – 1 place – Azərbaycan Milli Konservatoriyası (
Cəfərzadə Nəzrin )

Xalq Çalgı Aləti Tar:
Solo – Juniors – 1 place – A .M.K tərkibində İncəsənət Gimnaziyası
( Şərifzadə Nurlan )
Solo – Juniors – 2 place – №38 Musiqi Məktəbi ( İskendərov Fateh
)
Solo – Juniors – 3 place- №5 Uşaq Musiqi Məktəbi ( Abdullayev Amil
)
Duet – Juniors – 1 place – №38 Musiqi Məktəbi ( İskendərov Fateh,
Əkbərov Əkbər )
Duet – Juniors – 2 place – №34 saylı UMM (Babayev Marif, Araz
Banuçiçək )
Solo – Adults -1 place – Asəf Zeynallı adına Musiqi Koleci (
Qurbanov Emil )
Solo – Adults -2 place – Asəf Zeynallı adına Musiqi Koleci (
Mürsəliyev Bəhram )
Solo – Adults -3 place – Asəf Zeynallı adına Musiqi Koleci
(Məhərrəm Məmmədov )

Muğam Janrı:
Solo – Juniors – 1 place – A .M.K tərkibində İncəsənət Gimnaziyası
( Ayazlı Rüfət )

Aşıq Janrı:
Solo – Child – 1 place – Ağdam rayonu Gülablı kənd məktəbi (Asif
hacızadə )
Solo – Child – 2 place – № 35 Musiqi Məktəbi (Cəlilov Kərim )
Solo – Child – 3 place – № 35 Musiqi Məktəbi ( Dadaşəliyev Murad
)

Rəqslər:

Debüt- 1 place – Ayselin dans studio

Show Group:
Small Group – Child – 1 place – Sahil rəqs qrupu
Formation – Child – 1 place – №5 UGİM “ Zirvə” rəqs ansamblı (Bədii
rəhbər Natavan Musayeva )
Formation – Child – 2 place – Alov rəqs ansamblı
Miniproduction – 1 place – Ayselin dans studio

Modern:
formation – child – 1 place – Dəcəl Qızlar rəqs studiyası

Kllasic Dance:
Small group – child – 1 place – İncəsənət Gimnaziyası
Small group – Juniors – 1 place – İncəsənət Gimnaziyası

Folk style:
Formation – child – 1 place – İnci – ramana
Formation – child – 2 place – Azəri İgidləri

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Mədəniyyət naziri hava ilə bağlı ƏMR İMZALADI

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gözlənilən hava şəraiti ilə əlaqədar Mədəniyyət
Nazirliyinin tabeliyindəki müəssisələrdə zəruri tədbirlər
görüləcək.

Nazirlikdən Publika.az-a verilən məlumata görə,
ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı
aidiyyəti qurumların rəsmi xəbərdarlığı nəzərə alınaraq və Nazirlər
Kabinetinin 2019-cu il 16 yanvar tarixli müvafiq sərəncamının
icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə
prosesinin dayandırılması və ehtiyat tədbirlərinin görülməsi barədə
qərar qəbul olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı əmr
imzalayıb.

Sənədə əsasən, yanvarın 17-si və 18-i Mədəniyyət Nazirliyinin
tabeliyində olan bütün təhsil müəssisələrində tədris prosesinin
dayandırılması və bununla bağlı tədbirlərin təxirə salınması barədə
tapşırıq verilib.

Həmçinin, nazirliyin regional mədəniyyət idarələri, Bakı Şəhər
Mədəniyyət Baş İdarəsi və mədəniyyət müəssisələrinin rəhbərlərinə
hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın
17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün
mədəniyyət müəssisələrində lazımi ehtiyat tədbirlərinin görülməsini
təmin etmək tapşırılıb.

Continue Reading

Xəbərlər

Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirildi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi
(XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitabının təqdimat
mərasimi keçirilib.

AMEA Qafqazşünaslıq İnstitutunun Tərcümə, nəşr və informasiya
şöbəsindən Trend-ə verilən məlumata görə, təqdimat mərasimini giriş
sözü ilə açan AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli
qeyd edib ki, “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq
aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitab da
akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi
əhəmiyyətə malik olmaqla yanaşı tarix, beynəlxalq münasibətlər,
konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün
imkanlar açır.

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Musa Qasımlı məruzə edib. O, bildirib ki, kitab Qafqazda
ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və
gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Maraqlı
məsələlərdən biri ermənilərin tarix boyu müxtəlif dövlətlərə qarşı
həyata keçirdikləri xəyanət siyasətini elə onların öz mənbələrinin
və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta
yetirilib.

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə
müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil Fərzəlibəyli,
AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini,
tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, Ermənişünaslıq
şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Qafqaz
siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur
Kəlbizadə, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı,
tarix elmləri doktoru Azad Rzayev kitabın elmi məziyyətləri
haqqında danışıblar. Çıxışlarda qeyd olunub ki, nəşrindən keçən
qısa müddət ərzində nəinki respublikamızda, eləcə də onun
hüdudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş
kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm
vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və
siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı
işıqlandırılması üçün ilk uğurlu addımdır. Əsər əzəli Azərbaycan
torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna,
ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni
baxışdır.

Təqdimat mərasimində BDU-nun Qafqazşünaslıq ixtisasında təhsil
alan tələbə və magistrlar iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə
qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)”
kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.

Continue Reading

Xəbərlər

FHN gücləndirilmiş iş rejimində çalışacaq

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində
çalışacaq.

Nazirlikdən Publika.az-a verilən məlumata görə,
nazirliyin aidiyyəti qurumlarının yaxın iki gündə xüsusi rejimdə
işləməsi ilə bağlı əmr imzalanıb:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun
xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi
Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən
təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat
və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm
əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və
qəzaların vaxtında aşkarlanaraq qarşısının alınması, onların mümkün
nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və
regional mərkəzləri 17-18 yanvar tarixilərində gücləndirilmiş iş
rejimində çalışacaq. Bununla əlaqədar Fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr
imzalanıb”.

Continue Reading

ən çox oxunanlar