“Azərbaycandan bu barədə rəsmi informasiya almamışıq” – Rusiya səfirliyi

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Rusiyanın Azərbaycandakı səfirliyi kibercinayətkarlığa
görə həbs olunan Rusiya vətəndaşı Lunin Pavel Sergeyeviç barədə
rəsmi informasiya almayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bu haqda səfirliyin mətbuat attaşesi Denis Apaşkin
bildirib.

“Biz Azərbaycan tərəfindən heç bir rəsmi informasiyaya
almamışıq”, – Apaşkin deyib.

Qeyd edək ki, Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb
Andrii Borisoviç Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və
272 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə
cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Dövlət Təhlükəsizliyi
Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir