Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanıldı

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Respublikanın daxili işlər orqanları tərəfindən cinayət
törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, gün ərzində 106
cinayət faktı qeydə alınmış və onların 21-i “isti izlər”lə açılıb.
Bundan başqa əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması
təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən
mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər,
borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyatı
üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9,
qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Könül

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp