Connect with us

Xəbərlər

Ağsuda yerli sakini ilan sancdı

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Ağsu rayonunda ilansancma hadisəsi baş
verib.

“Report”un məlumatına görə, rayonun Qaraqoyunlu kəndində 1962-ci
il təvəllüdlü yerli sakin Dünyamalıyev Qərib Ağasalı oğlunu ilan
sancıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır olaraq
qiymətləndirilir.

Hadisə o, öz həyətində işləyərkən baş verib.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

FHN gücləndirilmiş iş rejimində çalışacaq

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində
çalışacaq.

Nazirlikdən Publika.az-a verilən məlumata görə,
nazirliyin aidiyyəti qurumlarının yaxın iki gündə xüsusi rejimdə
işləməsi ilə bağlı əmr imzalanıb:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun
xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi
Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən
təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat
və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm
əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və
qəzaların vaxtında aşkarlanaraq qarşısının alınması, onların mümkün
nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və
regional mərkəzləri 17-18 yanvar tarixilərində gücləndirilmiş iş
rejimində çalışacaq. Bununla əlaqədar Fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr
imzalanıb”.

Continue Reading

Xəbərlər

Daha bir nazirlik hava şəraitinə görə operativ qərargah yaratdı

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin
Quluzadə 16-18 yanvar tarixinə proqnozlaşdırılan hava şəraiti ilə
əlaqədar nazirliyin tabeliyindəki qurumların rəhbərləri ilə görüş
keçirib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, nazirin rəhbərliyi ilə operativ qərargah
yaradılıb.

Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən
internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə
fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə
tapşırıqlar verilib.

Nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin və yanğın
təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin
təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi
barədə göstəriş verilib.

Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və
növbətçi hissələr təşkil edilib.

Continue Reading

Xəbərlər

Putindən Ermənistanı silkələyəcək QARABAĞ ADDIMI VƏ…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin
ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin
“Moskva-baku” portalına müsahibə verib.

Publika.az həmin müsahibəni ixtisarla təqdim
edir:

– 2019-cu ildə Rusiya-Ermənistan münasibətləri necə inkişaf
edəcək?

– Prinsip etibarilə Rusiya-Ermənistan münasibətlərində heç nə
qaçılmaz olmadı. Bu, münasibətlərin qırılması, Ermənistanın
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), yaxud
Avrasiya İqtisadi Birliyindən çıxması demək deyil. Lakin qazın
qiymətlərinə görə razılığın əldə edilməməsi ona siqnaldır ki,
Rusiya əsas tərəfdaşı Ermənistanla çətin vaxtlarını yaşayır. Rusiya
üçün qaz və neft təkcə iqtisadi yox, həm də geosiyasi amildir.
Rusiya yaxın olduğu ölkələrə endirimlər edir, bu, dost ölkəyə
dəstək verməkdir. Bu, dostluq öhdəliklərin hansısa sistemini özündə
birləşdirir. Nikol Paşinyan özünün qeyri-sabit davranışları ilə
fərqlənir. O, Ermənistanın əvvəlki rəhbərliyi ilə işğal olunmuş
rayonların beşinin Azərbaycana qaytarılması haqqında ciddi
razılaşmanı inkar edir. Paşinyan razılığı sıfırlayaraq, öz
davranışını sərgilədi. Rusiya erməni baş nazirin hakimiyyəti
dövründə belə gözlənilməz addımları ilə çox rastlaşıb.

Müvafiq olaraq Rusiya sual qoyur: əgər Paşinyan belə düşməncəsinə
davranışı davam etdirəcəksə, nə üçün Moskva birtərəfli güzəştə
getməli və öhdəliklərə sadiq qalmalıdır. Rusiya və Ermənistan
arasında qaz məsələsində narazılıq mənə Ukrayna ilə bağlı vəziyyəti
xatırladır. Əgər vəziyyət bu həddə çatıbsa, deməli münasibətlər
güclü şəkildə xarab olub.

– Bu nə ilə nəticələnə bilər?

– Əgər qaz haqqında danışıqlar belə davam edəcəksə, mən qorxuram
pis qurtaracaq. Rusiya prezidenti hələ ki sakitdir və tərəfdaşın
öhdəliklərini izləyir. Lakin tərəfdaş danışdığı kimi hərəkət
etmirsə, Putin buna əvvəlcə bir neçə dəfə xəbərdarlıq edə bilər,
sonra isə daha sərt reaksiya verəcək. Ermənistanın yeni rəhbərliyi
belə siyasəti davam etdirəcəksə, bu, sadəcə qəza ilə başa çatacaq.
Çünki bu üslub Putinlə işləmir. Hələ ki biz münasibətlərin
pisləşdiyini görürük, bu, Azərbaycanla yaxşılaşan münasibətlər
fonunda daha parlaq müşahidə olunur. Azərbaycan hakimiyyəti öz
siyasətinin ardıcıllığı, sağlamlığı ilə Ermənistana nümunə
göstərir. Azərbaycan bu gün Cənubi Qafqazda Rusiyanın əsas
müttəfiqi rolunu möhkəmləndirir. Paşinyan Rusiya ilə
münasibətlərdən, ümumiyyətlə, Avrasiya geosiyasətindən açıq-aşkar
heç nə anlamır. Bəlkə də o öz mövqeyinə düzəliş edəcək, mən buna
ümid edirəm, lakin hələ ki bunu görmürəm. Rusiya ilə münasibətlərdə
dağıdıcı siyasət İrəvanın Moskva ilə hərbi əməkdaşlığını dağıda
bilər, bu, isə az qala Ermənistan dövlətinin mövcudluğunu sual
altına qoyur. Əgər Ermənistanda Rusiya hərbi bazaları olmayacaqsa,
ölkə təhlükəli vəziyyətə düşəcək.

– Rusiya Ermənistana hansı yollarla təzyiq edə
bilər?

– Moskva qaz təzyiqindən başqa, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasında da təzyiq edə bilər. Putin Ermənistana deyə bilər:
“Baxın, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyırdıq,
Qarabağı Azərbaycanın ərazi hesab edirdik. Biz münaqişənin hərbi
yolla həllinə qarşıyıq, lakin gəlin bütün işğal edilmiş ərazilərdə
Azərbaycanın konstitusion nəzarətini bərpa edək. Əgər siz regionda
ümumi sülhün qorunmasına hesablanmış ssenariyə – 5 rayonun
Azərbaycana qaytarılmasına razı deyilsinizsə, onda gəlin başqa cür
edək…”. Rusiya bu tezisi səsləndirə bilər, sonra vəziyyət qorxulu
olacaq. Rusiyada heç bir erməni diasporu Paşinyana kömək etməyəcək.
Putin Ermənistanı sevir, lakin bu şərtlərdə İrəvanı titrətməyə
qərar verəcəksə, onda Qarabağ geniş muxtariyyətin təminatı şərti
ilə Bakının hakimiyyəti altına qayıdacaq. Heç kəs Azərbaycana öz
ərazi bütövlüyünü bərpa etməyə mane olmayacaq. Azərbaycan əvvəlki
ölkə deyil, bu güclənmiş, fəal inkişaf edən dövlətdir. Sadəcə,
Rusiya Dağlıq Qarabağ məsələsində balansın qalmasına kömək
edir…

Heç kəs Qarabağın statusu əvəzinə 7 rayonun mübadiləsi ssenarini
dəstəkləməyəcək, hansı ki, bunu ermənilər istəyirdilər. 7 rayon
ticarət obyekti ola bilmir. Azərbaycanlılar oradan qovulublar,
etnik təmizləməyə məruz qalıblar. Sülh nizamlanmasına başlamaq üçün
Ermənistan ilkin olaraq 5 rayonu qaytarmalıdır, sonra digər 2 rayon
qayıdır. Bunu Ermənistan üçün güzəştə adlandırmaq olmaz, axı
bunların əvəzinə Ermənistan blokadadan çıxarılacaq, beynəlxalq
iqtisadi layihələrə giriş əldə edəcək, iqtisadi inkişafını təmin
edəcək. Əgər nizama salma prosesi 2019-cu ildə tərpənəcəksə, bu,
böyük qələbə olacaq. Lakin Paşinyan Rusiya ilə münasibətləri
korlayır, əgər o, buna davam edəcəksə, nizama salma prosesi də
dağılacaq…

Asif

Continue Reading

ən çox oxunanlar