Pakistan və Hindistan bir-birini məhv edər, İsrail mövcud olmaz, ABŞ isə… – ŞOK İDDİA

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

“Nüvə silahı böyük zərər və əziyyətlər gətirsə də, o
ölkələr arasında münaqişələri məhdudlaşdırılmış miqyaslarda
saxlamağa imkan verir”.

Publika.az xəbər verir ki, belə nəticəyə
Avstriyanın “Contra Magazin” nəşrinin jurnalisti Marko Mayer
gəlib.

“Əgər Rusiya və Çində nüvə bombaları olmasaydı, amerikalılar öz
müttəfiqləri ilə birlikdə çoxdan hücum edərdilər. Nüvə bombaları
olmayan Hindistan və Pakistan bir-birini çoxdan məhv edər, İsrail
bu silahsız daha mövcud olmazdı”, – o yazıb.

Bu baxımdan, materialın müəllifi hesab edir ki, “hamı üçün nüvə
silahı” şüarı bütün Yer kürəsində səslənməlidir. Jurnalist hesab
edir ki, bu halda, ölkələr arasında müharibələr ağlasığmaz
olardı.

Daha əvvəl BMT-nin silahsızlaşdırma məsələləri üzrə nümayəndəsi
İzumi Nakamitsu bildirib ki, dünyada nüvə silahından istifadə
təhlükəsi artır, kollektiv təhlükəsizlik sahəsində əhəmiyyətli
beynəlxalq razılaşmalar pozulur.

“Nə qədər ki, nüvə silahı milli arsenallarda mövcud olacaq, bu
təhlükə bütün bəşəriyyəti narahat edir”, – BMT-nin rəsmisi
deyib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp