30 manata intim münasibət təklifi və…

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın
əməkdaşları – Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə
Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az-ın məlumatına görə, bu gün Bakı Ağır
Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş
tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat
zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın
əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova
Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı
Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3
min manat alan zaman saxlanılıblar.

Məlumata görə, təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli
Məclisin mətbuat xidmətinin əməkdaşı olub.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Qasımov elan
olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, 2016-cı ildə təsis olunan bu saytı yaratmağı ona
Natavan Mehdiyeva təklif edib: “Yeganə xanım mənə dedi ki,
qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu
yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi
yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq.
Sonra biz həmin məkanda çəkiliş apardıq”.

Rövşən Qasımov qeyd edib ki, Şirin Abdullayeva məxsus olan
obyektə müştəri kimi yaxınlaşıb, 30 manat müqabilində ona orada
qadınla intim münasibətdə olmağı təklif ediblər: “Biz bu faktları
qeyd etdik və bu sübutları polisə verdik”.

Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı
şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə
məlumat verilməməsini istəyib: “Ancaq biz onu eşitmədik, yenə də
polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə
zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif
etdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Şirin
Abdullayev ona gecə vaxtı zəng edib: “Mən Elmira xanımla onun
görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki,
əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə
verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, bu ayın sonu
həmin obyekti bağlayacağam. Bizim söhbətimiz yekunlaşdı”.

Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin
Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif
edib: “Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki,
polislər gəldi və bizi hədə-qorxu ilə tələb etməkdə ittiham edib,
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

Növbəti proses mayın 30-da davam edəcək.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp