Almaniya ABŞ-a güvənmir: Etibarlı müttəfiq deyil

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasəti və
ticarət müharibəsinə başlaması Almaniya və Rusiyanın yaxınlaşmasına
səbəb ola bilər.

Publika.az xəbər verir ki, Merkel və Putinin Soçidə keçirdiyi
görüşlə bağlı daha bir maraqlı məqam paylaşılıb. Rusiya mətbuatında
gedən xəbərə görə, görüşdə İranla müzakirələrin davam etdiriləcəyi
vurğulanıb.

Məlumata görə, görüşdə rus-alman münasibətləri, Suriya böhranı,
“Şimal axını-2” layihəsi, Ukrayna münaqişəsi ilə yanaşı, Trampın
İranla bağlı qərarı da müzakirə olunub. Ölkə rəsmiləri arasında
görüş qapalı keçirilsə də, görüşdükdən sonra birgə mətbuat
konfransı keçirilib.

Angela Merkel alman-rus ikitərəfli münasibətlərinin onların
strateji hədəfləri arasında olduğunu vurğulayıb:

“İki ölkə arasında həmfikir olduğumuz məsələlər olsa da, ortaq
məxrəcə gəlmədiyimiz mövzular da oldu. Ən azından İranla
müzakirələrin davam etdirilməsində həmfikirik”.

Almaniyanın ABŞ ilə yaxşı münasibətləri olduğunu dilə gətirən
Merkel, bunun belə də davam edəcəyini deyib.

Xatırladaq ki, ötən günlərdə Almaniyada aktivistlər tərəfindən
“ABŞ-a güvən”mövzusunda sorğu keçirilib. Sorğuda iştirak edən
almanların 82%-i ABŞ-ın etibarlı müttəfiq olmadığını deyib. Yalnız
14% alman ABŞ-a güvəndiklərini deyib. Almanların 58%-i rusları,
43%-i isə çinlilərin Almaniya üçün daha güvənilir müttəfiq hesab
etdiyini bildiriblər.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir