“Tramp Kim Çen Inla görüşə hazırdır”

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

ABŞ prezidenti Donald Tramp əvvəlki kimi Şimali Koreya
lideri Kim Çen Inla görüşməyə hazırdır.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, bu barədə Ağ Ev nümayəndəsi Sara Sanders açıqlama verib.
Onun sözlərinə görə, Tramp ABŞ – KXDR sammitindən əvvəl Cənubi
Koreya prezidenti Mun Çje İnlə görüşəcək.

Qeyd edək ki, ABŞ və KXDR liderlərinin görüşünün iyunun 12-də
Sinqapurda keçiriləcəyi gözlənilir. KXDR bir neçə gün əvvəl ABŞ və
Cənubi Koreyanın birgə hərbi təlimlər keçirməsi səbəbindən görüşdən
imtina edəcəyi ilə hədələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir