Göyçayda KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Göyçay rayonunda gənclər arasında baş verən dava zamanı
iki qardaş bıçaqlanıb.

Hadisə bu gün axşam saatlarında rayonun Bığır kəndində qeydə
alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Elvin Rakif oğlu və
qardaşı Rəşad Rəsulov bıçaq xəsarəti aldığı üçün təcili olaraq
Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.
Onların kənddə gənclər arasında baş verən dava zamanı bıçaqlandığı
bildirilir.

Qardaşları bıçaqlayan şəxs qaçaraq gizlənib. Hazırda rayonun
polis əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün
əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir