Azərbaycana 5310 avtomobil gətirildi

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycana idxal
edilən avtomobillərin sayı 5310 ədəd olub.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən
məlumata görə, ölkəyə gətirilən avtomobillərin 23 ədədi sürücü
daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə
tutulmuş motorlu nəqliyyat vasitələri, 4785 ədədi əsasən adamların
daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər
motorlu nəqliyyat vasitələri, 477 ədədi yük daşımaq üçün motorlu
nəqliyyat vasitələri, 25 ədədi isə xüsusi təyinatlı motorlu
nəqliyyat vasitələridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir