“Azercell”-dən 4G – İndi Masallı və Cəlilabadda

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Ölkəmizdə ilk dəfə 4G texnologiyasını və
yüksək sürətli mobil interneti abunəçilər üçün mümkün edən Azercell
Telekom bölgələrdə də bu xidmətin yayılmasına yönəlik
təşəbbüslərini davam etdirir.

Azercell LTE şəbəkəsinin əhatə dairəsini genişləndirərək bu dəfə
Masallı və Cəlilabad şəhərlərində 4G xidmətini istifadəyə verib.
Belə ki, Masallıda ümumilidə 6, Cəlilabadda isə 5 LTE stansiyası
quraşdırılaraq yerli abunəçilərə yüksək sürətli mobil internetdən
istifadə etməyə imkan yaratdı. 4G xidmətinə qoşulan abunəçilərinə
Azercell hədiyyə olaraq 5GB həcmində mobil internet də təqdim edir.
5GB hədiyyə interneti aktivləşdirmək üçün isə abunəçilərə sadəcə
olaraq “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək
kifayətdir.

Nəzərinizə çatdıraq ki, Bakı və Abşerondan sonra regionlarda ilk
4G xidmətləri təqdim edən operator olaraq, Azercell ötən il ərzində
Gəncə, Bərdə, Şəmkir, Lənkəran və Şirvandakı abunəçiləri üçün
yüksək sürətli interneti əlçatan etdi. Azercell-in bu il üçün əsas
məqsədlərindən biri 4G şəbəkəsinin respublika ərazisi boyunca
genişləndirilməsini davam etdirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir