Avroliqa-2019-un final matçının ilk rəmzi bileti AFFA prezidentinə təqdim olundu

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

AFFA prezidenti Rövnəq Abdullayev Fransanın Lion
şəhərindəki “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) və
“Atletiko” (İspaniya) komandaları arasında keçirilmiş Avropa
Liqasının final matçını izləyib.

“Report”un məlumatına görə, oyundan öncə arenada UEFA-nın
prezidenti Aleksander Çeferin Avroliqanın 2019-cu ildə Bakı
Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik
biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor
Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı
Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə
Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul
olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir