Səməd Seyidovdan AŞPA-nın sanksiyalarına SƏRT MÜNASİBƏT: Əksəriyyəti Qarabağın…

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

“Avropa Şurası Parlament Assambleyası tərəfindən ötən
gün qəbul edilən sənədlər Azərbaycanın bu qurumdakı fəaliyyətinə
heç bir məhdudiyyət yaratmayacaq”.

Publika.az-ın xəbərinə görə, bu sözləri millət
vəkili Səməd Seyidov bu gün keçirdiyi mətbuat konfransında
deyib.

S.Seyidov bildirib ki, bundan sonra Azərbaycan AŞPA-da işini
daha yüksək səviyyədə davam etdirəcək:

“Bizim Avropa Şurasında əsas işimiz sözümüzü demək və sənədləri
təqdim etməkdir. Son qərar bizim nə söz demək, nə də sənədləri
təqdim etməyimizə məhdudiyyət yarada bilər. Bu, yalnız seçki
missiyalarında iştirak, hər hansı ölkə ilə bağlı məruzəçi kimi
çıxışa mane yaradır. Lakin Azərbaycanın haqq səsini Avropa Şurasına
çatdırmasına heç bir məhdudiyyət yaratmır. Əksinə bundan sonra
fəaliyyətimizi daha yüksək səviyyədə davam etdirəcəyik”.

S.Seyidov onu da vurğulayıb ki, sanksiyalara məruz qalan
şəxslərin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini
dəstəkləməsi narahatlıq doğurur:

“Sanksiyalara məruz qalanların əksəriyyəti Azərbaycanın ərazi
bütövlüyünü tanıyan, bir neçə təşkilatın Dağlıq Qarabağ və onun
ətrafındakı ərazilərin azad olunmasını qaldıran insanlardır. Bu,
ciddi narahatlıq doğurur və məni narahat edən əsas məsələdir. Əsas
məsələ milli maraqların qorunmasıdır. Milli maraqlara heç kim mane
ola bilməz. Avropa Şurası bir daha təşkilatda böyük böhran, ikili
standartları göstərmiş oldu”.

S.Seyidov onu da vurğulayıb ki, Azərbaycana qarşı sanksiyaların
kökündə Avropa Şurasında bir il əvvəl yaradılan istintaq qrupuna
etiraz edilməsi durur:

“İlk fikrimizdən bu komissiya ilə bağlı rəyimiz mənfi oldu.
Həmin istintaq qrupu işini yekunlaşdırandan sonra 200 səhifəlik
sənəd Azərbaycanla bağlı oldu. Fikrimizdə yanılmadığımızı göstərmiş
oldu. Biz Avropa Şurası Parlament Assambleyasının fəaliyyətini
etiraz etmişdik. Azərbaycanda sənədlər mənfi, Ermənistanla bağlı
sənədlər isə müsbət idi”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp