İsmayıllıya dolu yağdı – Meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan dəydi

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

İsmayıllı rayonunda yağan dolu və leysan yağışı fəsadlar
törədib.

APA-nın xəbərinə görə, bu gün axşam saatlarında İsmayıllı
şəhərinə və bir neçə kəndə dolu düşüb.

Təxminən 10 dəqiqə yağan dolunun ardınca isə güclü küləklə
müşayiət olunan leysan xarakterli yağış yağmağa başlayıb.
Meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan dəyib. Hazırda rayon
fövqəladə hallar komissiyası tərəfindən təsərrüfata dəymiş ziyan
hesablanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp