Güləşçilərimizdən Rusiyada böyük uğur – iki qızıl, 1 gümüş medal

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Kaspiysk
şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr
olunmuş ənənəvi beynəlxalq turnirdə üç medal
qazanıblar.

Publika.az xəbər verir ki, Hacımurad Hacıyev
(70 kq), İbrahim Yusubov (79 kq) və Aslanbek Alborov (92 kq) finala
qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə Hacıyev
yerli idmançı Abdulhacı Maqomedovu üstələyib və qızıl medal
qazanıb.

Digər qızıl medalı yığmaya finalda Özbəkistan idmançısı Rəşid
Qurbanovu məğlub edən Yusubov qazandırıb. Alborov isə gümüş medalla
kifayətlənib.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli
hakimlər Vaqif Zeynallı, Kamran Əliyev, Zaur Şərifov və Babək
Allahverdiyev təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp