Kremldən Paşinyana qarşı yeni plan – “Qarabağ kartı” masada

Musteqil.az İnformasiya agentliyi xəbər verir ki,

Rusiya Ermənistandakı nüfuzunu saxlamaq üçün alternativ
variantlarını işə salmağa hazırlaşır. Kremlin o qədər də etibar
etmədiyi yeni hökumətə qarşı oynaya biləcəyi və əvvəldən
hazırlanmış “kartlar” arasında Qarabağ məsələsi də
var.

Teleqraf.com xəbər verir ki, bu iddia
Ermənistan KİV-də ekspertlərin dilindən səsləndirilir.

Erməni mənbələrin iddialarına görə, baş nazir seçildikdən sonra
Rusiyaya qarşı ritorikasını sərtləşdirən Nikol Paşinyanın Qərbə
meyillənmiş siyasəti Kremli narahat etməyə başlayıb. Üstəgəl, yeni
baş nazirin Azərbaycana yönəlik sərt bəyanatlar verməsinin də,
Kremlin dəsti-xətti olmadığı müzakirə edilən məsələlər
sırasındadır:

“Paşinyan hələlik müstəqil dövlət başçısı kimi görünür. Onun
sərt ritorikasının ölçülüb-biçilmədiyi də açıq formada görünür.
Prezident Armen Sərkisyanın bir neçə gün əvvəl onun haqda verdiyi
“Bir sıra məsələləri bizimlə məsləhətləşsə, yaxşıdır”, açıqlaması
da göstərir ki, Ermənistanın daxili siyasətinin koordinasiyasını
həyata keçirən Rusiya Paşinyanı sərbəst buraxıb. Lakin yeni baş
nazirin qurduğu komandanın içində Moskvanın gizli məsləhətçilərinin
və “boz kardinallarının” olduğuna şübhə yoxdur. Buna görə də
düşünmək olar ki, hələ bir müddət də, Paşinyan özünəxas
ritorikasından yorulanadək, belə desək, Rusiyanın “saman altından
endirəcəyi ağır zərbə”dən silkələnib qorxuyla üzləşənədək belə
davam edəcək. O, hələlik ona verilmiş gizli icazədən
xəbərsizdir”.

Erməni ekspertlər Nikol Paşinyana qarşı işlə salınacaq təzyiq
mexanizmləri arasında Qarabağ məsələsinin olduğuna diqqət çəkirlər
və ehtimal edirlər ki, əgər yeni baş nazir çəkilmiş “qırmızı xətti”
keçsə, Rusiya Azərbaycanı dəstəkləyəcəyi müharibəyə “yaşıl işıq”
yandıra bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir