“Neymar və Ronaldu bir yerdə oynaya bilər”

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan
hesab edir ki, braziliyalı Neymar Madrid klubuna keçəcəyi təqdirdə
hücumçu Kriştianu Ronaldunun onunla oynamaqla bağlı heç bir
problemi olmayacaq.

“Report” xəbər verir ki, fransalı məşqçinin sözlərini “Goal”
nəşri sitat gətirib.

“İndi yalnız baş verənlərə görə narahatlıq hissi keçirirəm.
Finaldan sonra gələcək mövsüm və hansı dəyişikliklərin baş verə
biləcəyi barədə rəhbərliyimizlə danışacağıq. Ancaq indi Neymar və
digər futbolçular barədə danışa bilmərəm”.

Yaxşı futbolçular həmişə bir-birinə uyğun gəlir. Yadımdadır ki,
Corkaeflə mənim bir yerdə oynaya bilməyəcəyimi deyirdilər, amma
sonra Dünya kubokunu qazandıq. Yaxşı oyunçular həmişə birlikdə
oynaya bilirlər. Meydanda komanda kimyası əhəmiyyətlidir.

“Real”ın Neymarın transferi ilə bağlı danışıqlar
aparıb-aparmadığını bilmirəm. İndi bizi hazırda baş verənlər
narahat edir. Mən bunu şəxsən Neymardan soruşmamışam, çünki bu
işlərdə iştirak etmirəm. Biz bu mövsümü bitirməliyik, qalan digər
məsələlərlə sonra məşğul olacağıq “, – deyə Zidan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp