“Vəziyyətin gedişinə təsir göstərmək üçün…”

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Aysel Məmmədova “Eurovision” müsabiqəsində finala keçə
bilməməsi ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, 28 yaşlı sənətçi ona
dəstək olan hər kəsə təşəkkür edib:

“Xoş sözlərinizə görə çox təşəkkür edirəm. Bu, sizin kimi bizə
də böyük sürpriz oldu. Çünki neçə aydır ki, bütün ruhumuzu və
gücümüzü bu işə qoymuşduq… Təəssüflər olsun ki, “Eurovision”
alqoritmi haqqında əvvəlcədən nə isə söyləmək çətindir. İlk gündən
bizimlə olan, bizi izləyən, bizə dəstək olan və bu layihədə ən
kiçik əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Heç nəyə
baxmayaraq, müsabiqədən misilsiz təcrübə, böyük emosiya və çox
müsbət təəssüratlar topladım. Çoxlu istedadlı musiqiçilər və yaxşı
insanlarla tanış oldum, onlarla maraqlı anlar yaşadım.

Musiqiçi kimi mənim üçün əsas və başlıca məqsəd ondan ibarət idi
ki, ölkəmi layiqincə təmsil edim və mən bunu 100% bacardım. Biz
bunu etdik, amma vəziyyətin gedişinə təsir göstərmək üçün gücüm yox
idi.

Yekun olaraq, lakin heç də az önəmli olmayan detalı vurğulamaq
istəyirəm ki, hər şey daha yaxşı nəticə naminə baş verir. Tezliklə
görüşənədək”.

Xatırladaq ki, dünən Portuqaliyanın paytaxtı Lissabonda
“Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.
Azərbaycan müsabiqədə iştirak etməyə başladığı 2008-ci ildən bu
yana ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazana bilməyib.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir