Bu il Azərbaycanda suvarılan torpaqların 100 min hektar üçün görüləcək işlər açıqlandı

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən
regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş
konfransda Cəmiyyətin kollektivi qarşısında suvarılan torpaqların
2018-ci ildə daha 100 min hektar artırılması ilə ixrac yönümlü kənd
təsərrüfatı məhsullarının inkişafı istiqamətində müəyyən edilmiş
hədəflərə nail olunması üçün mühüm vəzifələr qoyulub.

APA-nın məlumatına görə, Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bunu “Xalq” qəzetində
işıq üzü görən “Azərbaycanın meliorasiya və su təsərrüfatı
kompleksinin inkişafındakı uğurlar Heydər Əliyevin adı ilə
bağlıdır” başlıqlı məqaləsində qeyd edib.

Ə. Əhmədzadə bildirib ki, 2018-ci ildə də böyüklüyünə və kənd
təsərrüfatının inkişafında xüsusi rola malik olan Taxtakörpü və
Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma
kanallarının tikinti işləri davam etdiriləcək.
Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə
qurğusunda və ondan sonra kanalın 5 km-ə qədər hissəsində tamamlama
işləri başa çatdırılaraq Goranboy rayonunda 8000 hektar sahəyə
suvarma suyu çatdırılacaq. Taxtakörpü su anbarı zonasında isə
Şabran rayonunda meliorativ tədbirlər davam etdirilərək 12 min
hektar, o cümlədən 5 min hektara yaxın yeni torpaq istifadəyə
veriləcək və 7 min hektar əkin sahəsinin su təminatı
yaxşılaşdırılacaq. Eyni zamanda Şabran rayonunda 7 min hektara
yaxın torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması
üçün kollektordrenaj şəbəkələrinin tikintisi işləri yerinə
yetiriləcək.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri nəzərə çatdırıb ki,
Kür çayında nasos stansiyasında və “H” kanalında tikinti işləri
davam etdirilərək Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala
Həşimxanlı, Əliləmbəyli kəndlərinin layihə üzrə qalan 7551 hektar
əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun
Kür çayı üzərindəki nasos stansiyasında və magistral kanalda
tikinti işlərini tamamlamaqla rayonun 9320 hektara yaxın az
məhsuldar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni
zamanda bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1631 hektar
yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Goranboy və
Qax rayonlarında yaradılmış aqroparklara məxsus torpaq sahələrində
meliorativ tədbirlər davam etdirilərək bu torpaqlara suvarma
suyunun çatdırılması, ötən ildə suvarma suyu çatdırılmış Şabran
rayonunda yaradılacaq Aqroparka məxsus 1740 hektar sahədə isə
torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri başa
çatdırılacaq. Şəki və Oğuz rayonlarında 12 min hektar sahədə
yaradılacaq Aqroparka məxsus torpaq sahələrinə suvarma suyunun
çatdırılması üçün layihə sənədlərini tamamlamaqla yaxın günlərdə
Türyançay çayında nasos stansiyasının və təzyiqli boru kəmərinin
tikintisi işlərinə başlanılacaq. Xəzər, Pirallahı və Xızı
rayonlarında zeytun və badam bağları salınacaq 5000 hektar sahənin
2400 hektarında tikinti işləri başa çatdırılaraq suvarma suyu ilə
təmin ediləcək.

Ə. Əhmədzadə qeyd edib ki, Neftçala və Yuxarı Mil kanallarının
tikintisi davam etdirilərək Neftçala rayonunun 12433 hektar əkin
sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə
1900 hektar yeni torpaq sahələrinə suvarma suyu çatdırılacaq. Ötən
ildə torpaq məcrada inşa olunmuş 54 km uzunluğunda Araz çayının
Yeni qolunun cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar
və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq
sahələrinə suvarma suyunun verilməsi mümkün olacaq. Azərbaycan
prezidentinin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndinə bitişik Füzuli rayonunun Mirzənağılı və Qazaxlar
kəndlərinin 280 ha əkin sahəsinə Araz çayından suvarma suyunun
verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin
tikintisi davam etdirilərək bu torpaqlar suvarma suyu ilə təmin
ediləcəkEyni zamanda Yuxarı Şirvan kanalının yenidənqurulmasının
işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam
etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp