İsmayıllı sakini həmkəndlisini güllələdi

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İsmayıllı rayon sakini həmyerlisinə odlu silahla xəsarət
yetirib.

Rayonun Hacıhətəmli kənd sakini, 1990-cı il təvəllüdlü Dadaşov
Ənvər Kamal oğlu tüfəngdən açılan atəş nəticəsində kürək
nahiyəsindən ağır xəsarətlər alıb.

O, təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına
çatdırılıb. Onu güllələyən şəxsin həmkəndlisi Rəhimov Maqsud Əhməd
oğlu olduğu məlum olub və həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp