Fransızlar Qurani-Kərimə dəyişiklik etmək istəyir

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

300 fransız yazıçı və siyasətçinin Qurani-Kərimdən bəzi
ayələrin çıxarılması tələbinə qarşı Türkiyə kəskin mövqe
sərgiləyib.

Publika.az xəbər verir ki, Türkiyənin Avropa
İttifaqındakı təmsilçisi Ömər Çelik bəşəriyyətin müqəddəs kitabı
Qurani-Kərimə qarşı bu cür iddialar irəli sürən fransızların İŞİD
terrorçularından bir fərqinin olmadığını dilə gətirib.

“300 fransız yazıçı və siyasətçi bununla yəhudi düşmənçiliyini
təbliğ edir. “Quran”dan bəzi ayələrin çıxarılmasını istəmək nə
deməkdir? Bu intellektual zorakılığın və barbarlığın ən parlaq
nümunəsidir. Bu adamlar bu günə qədər kim olublar olsunlar,
fanatizm tarixinin ilk sıralarına adlarını yazdıracaqlar”- deyə
Ömər Çelik əlavə edib.

Onun sözlərinə görə, Avropanın mərkəzində bu cür təfəkkürlü
insanların yetişdirilməsi ən az İŞİD terror qruplaşması qədər
cəmiyyətə təhlükə yarada bilər.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp