Qüdrət Həsənquliyevin təklifinə Moskvadan – Reaksiya



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə
danışıqlar prosesində fasilə yaranıb.

Bu durumu Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova
göstərib.

Onun sözlərinə görə, “Ermənistan indi qəliz siyasi dövr yaşayır”
və “buna baxmayaraq, siyasi mühitdə hüquqi konstitusiya meydanında
xalqın, siyasi güclərin, siyasi hərəkatların rəhbər qurumlarının
tərkibiylə bağlı müəyyənləşdiyi vaxtı, durumun tam sabitləşməsini
gözləmək gərəkdir”.

Zaxarova ehtimal edir ki, bundan sonra “xarici siyasət
problemlərinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi üçün bütün imkanlar” meydana çıxacaq.

Nikol Paşinyan mayın 8-də parlament toplantısında hökumət
başçısı seçiləcəyi halda hökumətin tərkibi müəyyən edilməlidir.
Bax, erməni hüquqşünasları bununla bağlı bunu deyirlər. Siyasi
münaqişə tərəfləri hökumət başçısı seçiləndən sonra parlamentin
buraxılmasına təşəbbüs edəcəklər. Konstitusiyaya əsasən, bu,
deputatların Nazirlər Kabinetinin proqramını iki dəfə bəyənməyəcəyi
halda baş verəcək. Bu, “indiki durumdan səmərəli çıxış yoludur,
çünki parlament respublikasında azlığın hakimiyyətdə, siyasi
çoxluğun müxalifətdə olduğu durumu təsəvvür etmək çətindir ki, bu
da konstitusiya böhranına birbaşa yoldur”.

Dövriyyədəki məlumatlara əsasən, Ermənistanda erkən parlament
seçkiləri cari ilin payızında keçiriləcək. İstənilən halda xəbər
verilir ki, bu cür anlaşma hələ də hakim Respublika Partiyası (ERP)
və “Yelk” (“Çarə”) parlament fraksiyasının başçısı Paşinyan
arasında əldə olunub. Sonra təzədən yeni hökumət
formalaşdırılmalıdır. Onun necə – koalisiya, yaxud birpartiyalı
olacağını söyləmək çətindir.

İstisna etmək olmaz, amma daha çox böyük ehtimalla güman etmək
olar ki, seçki kampaniyasının gedişində siyasi partiyalar və
bloklar arasında amansız mübarizə müşahidə edəcəyik. Belə ki,
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda fasilə
ilin axırına qədər uzana bilər. Yada salaq ki, bu, əvvəlcə
Ermənistanda idarəçiliyin prezident formasından parlament formasına
keçidin başa çatması və apreldə Azərbaycanda erkən prezident
seçkiləri üzündən yaranıb. Bununla yanaşı, həm ATƏT MQ qrupunun
həmsədrləri, həm də münaqişə edən tərəflər uzlaşdırılmış ümumi
qaydalarla oynayaraq danışıqları məxfilik möhürü altında saxlayıb,
lakin danışıqlar masası arxasında müzakirə olunan və seçkilərdən
sonra nəzərdən keçirilməli olan hansısa yeni ideyaları da aşkarca
göstəriblər.

Bəs indi nə olacaq? Bununla bağlı Azərbaycanın fəaliyyəti
yaranmış yeni şəraitdə çox önəmli əhəmiyyət kəsb edir.

“Regnum” İA artıq qeyd edib ki, respublikada özgə səslər
eşidilsə də, Bakı özünü ağıllı aparır, Ermənistandakı siyasi
böhrandan Dağlıq Qarabağ probleminin zorakı ssenariylə həllinə
keçid üçün bəhanə kimi isitfadə etmək cəhdlərindən şübhələnməyə
əsas vermir.

Minsk Qrupunun həmsədr ölkələri və Beynəlxalq Böhran Qrupu (BBQ)
“Azərbaycan hökumətinin yüksəkçinli təmsilçilərinin adi hərbi
ritorikadan vaz keçdiklərini” alqışlayıb. BBQ bu müsbət prosesi
möhkəmləndirmək üçün münaqişə edən tərəflərdə “bir-biri haqda
yanlış təsəvvür yaranmaması” məqsədilə ATƏT MQ-yə bölgədə
iştirakını fəallaşdırmağı təklif edib.

Buna baxmayaraq, Azərbaycan prezidenti yanında Strateji
Asraşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov yazır ki, Bakı
“Ermənistanda qısamüddətli perspektivdə danışıqlar aparmağa
səlahiyyəti çatanların meydana çıxmasını gözləməyə dəyməyəcəyi”nə
hazır olmalıdır. Bu, birincisi. İkincisi isə, “Ermənistanda erkən
parlament seçkilərindən sonra formalaşan hökumət öz gündəliyini
təklif etməklə mövcud çalışmaları nəzərə almadan danışıqlar
aparmağa başlayacaq”.

Bəzi erməni ekspertlərinin hesab etdikləri kimi, bütün
əlamətlərə əsasən, Paşinyan Stepanakerti (mətndə bu cürdür-tərc.)
münaqişənin danışıqlar prosesinə qaytarılması gərəkən tamdəyərli
tərəfi qismində göstərməyə can atacaq. Həm də Paşinyanın erkən
bəyanatlarına əsasən Qarabağ tənzimlənməsi haqda onun mövqeyi haqda
fikir yürütmək vaxtsız olardı.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət
Həsənquliyev bununla bağlı Qarabağ problemi üzrə parlamentdə təcili
dinləmələr keçirmək təklifilə çıxış edib. Onun sözlərinə görə,
“KİV-də haqqında danışılması mümkün olmayan, amma parlamentdə
qapalı rejimdə müzakirə etmək mümkün olan çalarlar var”.

Məlum olduğu kimi, söhbət “bu gün Ermənistanda qərbçilərin irəli
keçməsi və Azərbaycanın bundan fayda götürə biləcəyi səbəbdən
Azərbaycan və Rusiyanın müəyyən maraqlarının üst-üstə düşməsi”
imkanları haqda gedir. Bunun belə olub-olmadığı haqda mülahizə
yürütmək hələlik tezdir.

Fikrimizcə, burada başlıcası budur ki, hər halda Bakı Dağlıq
Qarabağ probleminin həllində güc ssenarisinə əl atmamaq istəyini
göstərir və özünün xarici siyasət kursunun mümkün dəyişikliyi haqda
eyham vurur. “Mən həmişə demişəm ki, – Həsənquliyev dəqiqləşdirir,
– Azərbaycan Rusiyanın maraqları nəzərə alınmaqla onunla danışıqlar
aparmalıdır. Moskva bizə ərazi bütövlüyümüzü bərpa etmək imkanı
vermək üçün əmin olmalıdır ki, bölgədən tam şəkildə sıxıdırılıb
çıxarılmayacaq. Buna görə də Rusiya ilə danışıqlar
aparılmalıdır”.

Beləliklə, Ermənistan sarsıntıları bölgədə durumu dəyişir,
Dağlıq Qarabağ münaqişəsi isə təkcə Bakı və İrəvan arasında daha
fəal “birləşmiş qab” olmur. Qəliz durumdan çıxmaq üçün yeni
ideyalar və yeni gedişlər gərəkdir./Strateq.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp