Fəxrəddin Manafov göz yaşlarını SAXLAYA BİLMƏDİ: “Bu nağıl baş tutmadı”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Fuad Poladov bir aktyor kimi mənim üçün örnək
olub”.

Publika.az xəbər verir ki, bu sözləri Fuad
Poladovla vida mərasimində çıxış edən Xalq artisti Fəxrəddin
Manafov deyib.

Göz yaşlarına hakim ola bilməyən Xalq artisti, hər zaman Fuad
Poladovun bu ağır xəstəlikdən sağalacağı möcüzəsinə inandığını
deyib:

“İnsan qəribə məxluqdur, gözləyə-gözləyə nağıla inanırıq. Elə
bilirik ki, möcüzə olacaq, amma bu dəfə olmadı. Bu nağıl baş
tutmadı. Fuad Poladov bir aktyor kimi mənim üçün örnək idi, bunu
özünə də demişəm. Allah rəhmət eləsin”.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir