СAR-da futbolçunu ildırım vurdu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Сənubi Afrika Respublikasında “Marutsburq Yunayted”
futbol klubunun hücumçusu Luanda Ntsxanqase ildırım vurmasından iki
ay sonra xəstəxanada keçinib.

APA-nın xəbərinə görə, bu barədə klubun “Facebok”dakı rəsmi
səhifəsində bildirilir.

Məlumata görə, insident martın 1-də yoldaşlıq matçı zamanı qeydə
alınıb. İldırım vurmasından sonra L. Ntsxanqase xəstəxanaya
yerləşdirilərək süni komaya salınmışdı. Həkimlərin səylərinə
baxmayaraq, 21 yaşlı futbolçunun həyatını xilas etmək mümkün
olmayıb. İldırım vurması nəticəsində zədələr alan daha iki
futbolçunun sağ qaldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp