İlham Əliyev 5 sərəncam imzaladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xızı
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair
əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az sərəncamın mətnini təqdim edir:

1. Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik
yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam
etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat, o
cümlədən 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,8 milyon (üç milyon
səkkiz yüz min), abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün
Xızı Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Prezident İlham Əliyev Xaçmaz şəhərində
abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı
dövlət proqramlarının uğurlu icrası nəticəsində Xaçmaz şəhərində
bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş,
o cümlədən Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı,
Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənclər Şahmat Məktəbi, Əlillərin
Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 92 mənzilli 4
yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Xaçmaz və
Xudat Şəhər Mədəniyyət Mərkəzləri əsaslı təmir olunmuş,
Tarix-Diyarşünaslıq, “Xalça”, “Şəxsiyyətlər”, “Xalqlar Dostluğu”,
“Bayraq” muzeyləri və Rəsm Qalereyası yaradılmış, 41 ümumtəhsil
müəssisəsi istifadəyə verilmişdir. Bununla yanaşı, Xaçmaz şəhərinin
su təchizatı sistemi yenidən qurulmuş, “Xaçmaz” Elektrik Stansiyası
istismara verilmiş, xalçaçılıq müəssisəsi, “Yalama” Aqroparkı və
digər iri istehsal, emal müəssisələri tikilmiş, 20 mindən çox yeni
iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış,
genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Xaçmaz şəhərində abadlıq-quruculuq
işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin
həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Xaçmaz şəhərində abadlıq-quruculuq tədbirlərinin davam
etdirilməsi, o cümlədən 12 küçədə əsaslı yenidənqurma işlərinin
aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon
manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin
etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının
“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam
imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli
fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif
edilsinlər:

Baxışova Rəhimə Nəcim qızı

Eyyubova Zariyyat Miri qızı

Ələsgərova Zenfira Qərib qızı

Əliyeva Rübabə İbrahim qızı

Hacıyeva Sevinc Kərim qızı

Həmidova Vəfa Adil qızı

Həsənova Sona Xasay qızı

Hümbətova Həcər Mahmud qızı

Xəlilova Pərixanım Ağəli qızı

Xəlilova Sarıtel İsmayıl qızı

Qurbanova Fəridə Musa qızı

Nəbiyeva Tamilə Məmməd Nəbi qızı

Şıxməmmədova Ruxsarə Kazım qızı

Talıbova Arifə Qərib qızı

Vəlibəyova Kəbirə Ziyəddin qızı”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1059-VQD
nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1059-VQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Prezident İlham Əliyev “Bank olmayan kredit təşkilatları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli
1052-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam
imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu bəndini rəhbər tutaraq, “Bank olmayan kredit təşkilatları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli
1052-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “Bank olmayan kredit
təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların “Bank olmayan kredit təşkilatları haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan
Respublikası Qanununun 22.1-ci maddəsinə uyğun olaraq, bank olmayan
kredit təşkilatlarının borcalanları haqqında məlumatın
mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi qaydasını iki ay
müddətində müəyyən etsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp